Orqanizmdə D vitamini çatışmazlığını hansı qidalar vasitəsilə aradan qaldırmaq olar? – SİYAHI

Orqanizmdə D vitamini çatışmazlığını hansı qidalar vasitəsilə aradan qaldırmaq olar? – SİYAHI

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Koronavirus pandemiyasının yayılması ilə bird aha aktuallaşan orqanizmdə D vitamini çatışmazlığının aradan qaldırılması ilə bağlı müxtəlif tövsiyələr səsləndirilir.

Belə tövsiyələrdən birini də rusiyalı diyetoloq Yelena Voskresenskaya səsləndirib.

O, orqanizmdə D vitamini çatışmazlığını dərmansız necə aradan qaldırılacağını bildirib.

Diyetoloq tərkibində bu vitaminin yüksək olduğu bir sıra qidaları sadalayıb.

Mütəxəssisin sözlərinə görə, D vitamini orqanizmin qidadan kalsium və fosforu mənimsəməsinə kömək edən çox vacib maddədir. Bu mikroelement xərçəng, sümük yumşalması və osteoporozun qarşısını alır. O, həmçinin sinir və immun sistemini dəstəkləyir və insulin səviyyəsini tənzimləyir.

Voskresenskaya qeyd edib ki, bu vitaminin 90%-i orqanizmdə ultrabənövşəyi şüalardan əmələ gəlir. Ancaq bəzi bölgələrdə yay kifayət qədər qısa olduğu üçün D vitaminini qidadan almaq lazımdır.

D vitamini əsasən yağlı balıqlarda, həmçinin qırmızı və qara kürüdə çox zəngindir. Tərkibində D vitamininin çox olduğu qidalara yabanı qızılbalıq, xum qızılbalığı, çəhrayı qızılbalıq, skumbriya, sardinya və siyənək də daxildir.

Qeyd edək ki, D vitamini təkcə dəniz məhsullarında zəngin olmur. Bir sıra “az büdcəli” qidalarda da ona çox rast gəlinir.

“Günəşdən qidalanan meşə göbələklərində də D vitamini tapmaq olar. Amma supermarketdə satılan göbələklərdə, təəssüf ki bu vitamin demək olar ki, yoxdur. Yumurta, mal və donuz əti, kərə yağı, keçi südü, kəsmik və pendir də D vitamini var”, – deyə diyetoloq bildirib.

Mənbə: RİA