Nyu York Şəhər Şurasına ilk müsəlman üzvü seçilib

Nyu York Şəhər Şurasına ilk müsəlman üzvü seçilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Nyu-York şəhərində dünyanın hər yerindən müxtəlif əhali var. Amma şəhər şurasında heç vaxt indiyə qədər asiyalı və ya müsəlman üzvü olmayıb.

Şahanə Hənif, Bruklin bölgəsində şəhər şurası seçkilərində qalib gələndə vəziyyət dəyişdi.

Əslən Banqladeşdən olan Hənif, tarixdə şuraya seçilən ilk müsəlman qadındır. Bu şəhərdə təxminən 769 min müsəlman yaşayır. O, iki asiyalı namizədindən biri idi.

Şahanə Hənif, açıqlamasında bildirib ki, şəhər şurasındakı ilk müsəlman qadın və öz dairəsində dini təmsil edən ilk qadın olmaqdan qürur duyur.

O, şəhərdəki bütün azlıqların və müsəlmanların təhlükəsizliyi üçün çalışacağına söz verib./iqna