Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Mayın 20-21-də Türkiyə “Eyuder” təhsil dərnəyi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında ortaq bağlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Konfransın məqsədi Nizami Gəncəvi və Yunis Əmrənin yaradıcılığının bədii-estetik və ideya-sənətkarlıq xüsusiyyətlərinin ümumtürk və Şərq-müsəlman poeziyası kontekstində müəyyənləşdirməkdən ibarətdir. Konfransın materialları kitab şəklində çap olunacaq.

Xatırladaq ki, konfransda Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim-tələbə heyəti, o cümlədən orta məktəb şagirdləri iştirak edə bilərlər. Konfrans “Zoom” platformasında keçiriləcək. İştirakçıların e-mail ünvanına link göndəriləcək.

az.shafaqna.com