Narkomaniya və fərdi ictimai fəsadları (Məqalə)

Narkomaniya və fərdi ictimai fəsadları (Məqalə)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər (narkotikləri satan insanlar) həmişə yeni alıcı axtarışında olur. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Abstinensiya (nəfsini salama) halı çox əziyyətli olduğuna görə narkotikdən istifadə edən gənc yeni doza əldə etmək üçün əlindən gələni edir. Narkotikdən istifadə edənlərin əksəriyyəti gənc ikən ölür. Həmçinin narkomanlar da şəkər diabeti də geniş yayılıb. Buna səbəb isə narkotik maddə alverçilərinin heroin və kokainə şəkər tozu qatmasıdır. Diqqətə çatdırmaq lazımdır ki, alverçilərin bu addımı atmasının da xüsusi səbəbi var. Belə ki, əgər şəxs heç bir qarışığı olmayan narkotik maddə qəbul edərsə, zəhərin güclü təsirindən həmin an ölə və ya şikəst ola bilər. Təbii olaraq, buda heç bir narkotik alverçisinin xeyrinə və yararına olmaz. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata siyasi proseslərə qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar. Asılılıq adətən bir neçə faktorun təsiri altında yaranır. Burada yalnız bir səbəbdən danışmaq uyğun deyil. Narkomaniyanın ictimai təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasında, onlarda ruh düşgünlüyünün, intellektual səviyyənin, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralması, parçalanması, ciddi rejimdə təhsilalma, iş həyatında uğursuzluqlar. Bu narahatlığın qarşısını ala bilməyənlər və emosiyalarını idarə edə bilməyənlər içki və narkotik kimi maddələrlə bu əskikliyi gizlədirlər. Narkotiklərdən istifadə nəticəsində psixi xəstəliklərə düçar olan, cəmiyyətdə tüfeyli həyat sürən narkomanlar tərəfindən ictimai təhlükəli əməllərin, o cümlədən cinayət əməllərinin törədilməsi hallarına tez-tez rast gəlmək olur. Narkotik vasitələrin qəbuluna ehtiyac gücləndikcə, onun davranışının kriminal səbəbi artır. Narkomanın eqoizmi, onun bütün niyyət və hərəkətləri hər hansı bir yolla onun üçün zəruri olan narkotik dozanın əldə edilməsinə yönəldilir və onu hüquqa zidd hərəkətlərə sövq edir. Buna görə də narkomaniyanı kriminogen amil hesab etmək olar. Narkotik maddə istifadəsinə başlamaqda həyəcan axtarışı, sosial adaptasiya problemləri, yeniyetmə və gənclərdə spirtli içki və narkotik maddələrə olan maraq, bir dəfəylə heçnə olmaz və yoldaşlıq etdiyi şəxslərin də istifadə etməsi də səbəb olan faktorlardandır. Spirtli içki və narkotik maddə istifadəsi kişilərdə qadınlara nisbətən daha çox təsadüf edilir. Spirtli içki, narkotik maddədən istifadə etməyə yönləndirən ünsürlərə çevrilir. Spirtli içkinin, narkotik maddələrin farmokoloji xüsusiyyətləri arasında stress azaldıcı və rahatlaşdırıcı təsirləri var və onlar bu maddələrin istifadəsinə davam etmək üçün cəlbedici amillərdir.
Birinci mərhələ də istifadə üçün narkotik maddələr, psixotrop maddələr çıxıb. “Kakos”, “şüşə” və s. Gənclərin çoxu indi ya “kakos”, ya da “şüşə” çəkir. Onların çoxunu aldadırlar ki, burda problem yoxdur. Damara vurmursan ki, sadəcə çəkirsən. Amma “kakos” və “şüşə”nin asılılığı daha dəhşətlidir. 1-2 ay çəkəndən sonra artıq damarlarını deşmək məcburiyyətində qalırlar. Çünki “doza” artdıqca pul çatdıra bilmirlər. Məsələn, biri var ki, çox pul verib yarım qram “kakos”u çəkələr, bir də var az pul verib 1 “çet”(0.25) alıb damara vuralar. İndiki gənclər bax belə tələyə düşür.
Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər (narkotikləri satan) insanlar həmişə yeni alıcı axtarışında olur. İl ərzində hər bir təcrübəli narkotik istifadəçisi orta hesabla 4 nəfəri narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və s. bu amillərin sırasındadır. Son vaxtlar sadalananların sırasına “ağ ölüm” adlandırdığımız narkomaniya da əlavə olunub. Narkomaniya insanları tədricən məhv edir, ölümə sürükləyir. Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Bu günlər gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi ailənin üzərinə düşür. Ailə insanın həyatında və inkişafında çox vacib rol oynayır. Ailədəki tərbiyə üsulu, münasibətlər, qaydalar yeniyetmənin psixososial inkişafını istiqamətləndirir. Ailə münasibətləri və gənclərin narkotik maddələrdən istifadəsi arasında asılılıq müəyyən edilmişdir. Ümumilikdə, ailə münasibətləri düzgün olmayan gənclər arasında narkotik maddə istifadəsi daha çox yayılmışdır. Bir digər  məsuliyyət bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin, həmçinin də mədəni-maarif müəssisələrinin üzərinə düşür.

Bayram Dəvrişov