"Nadi Əliyyən" şer, yoxsa, dua?

“Nadi Əliyyən” şer, yoxsa, dua?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu adla iki mətn var, bir şerdir, digəri duadır ki, həmin dua şeri də ehtiva edir. Əllamə Məclisi (vf. 1110 hq) “Biharul-Ənvar”da (c.20, s.73 və c.108, s.280) nəql edir ki, Ühüd döyüşündə mələklər göydə “Əlidən başqa igid və zülfəqardan başqa qılınc yoxdur” səsləyərkən Peyğəmbər (s) aşağıdakı şeri ki, “Nadi Əli səğir” adlanır, söylədi:

“Nadi Əliyyən məzhərəl-əcaib (müzhirəl-əcaib) – təcidhu övnən ləkə fin-nəvaib

Kulli ğəmmin və həmmin səyəncəli bi-vilayətikə ya Əliyyu, ya Əliyyu, ya Əli

Mühəddis Qumi də (“Səfinətul-Bihar”, c.8, s.222) həmin misraları İmam Əlinin (ə) şerlər divanının şərhçisinə istinadən Peyğəmbərin (s) Ühüd döyüşündə söylədiyini qeyd edir.

Həmin şeri Əllamə Məclisidən öncə İbrahim ibn Əli Amuli Kəfəmi (vf. 905 hq) özünün “əl-Misbah” (Cünnətul-əman əl-vaqiyə və cənnətul-iman əl-baqiyə) kitabında (c.183) yoxsulluq və zalimlərin təqibindən xilas olmaq üçün dua kimi nəql edib. Həmçinin Əllamə Məclisi də yenə “Zadul-Məad” (s.561) və Mühəddis Nuri “Müstədrəkul-Vəsail” (c.15, s.483, hədis: 18935) Seyid Brucerdi “Cameul-Əhadis” (c.24, s.632) kitabında həmin misraları Kəfəminin nəqli əsasənda dua kimi rəvayət ediblər.

“Nadi Əli Kəbir” duası

Əllam Məclisi yuxarıdakı misraları da ehtiva edən digər daha uzun bir duanı isə müxtəlif müşküllərin həlli üçün oxunmasını tövsiyə edir və dua kimi oxunan məşhur mətn də Əllamə Məclisinin “Zadul-Məad”da (s.429) rəvayət etdiyi həmin mətndir:

[دعاء «ناد عليا مظهر العجائب‏»]

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ نَادِ عَلِيّاً مَظْهَرَ الْعَجَائِبِ تَجِدْهُ عَوْناً لَكَ فِي النَّوَائِبِ لِي إِلَى اللَّهِ حَاجَتِي وَ عَلَيْهِ مُعَوَّلِي كُلَّمَا رَمْيَتُهُ وَ رَمَيْتَ مُقْتَضَي كُلِّ هَمٍّ وَ غَمٍّ سَيَنْجَلِي بِعَظَمَتِكَ يَا اللَّهُ وَ بِنُبُوَّتِكَ يَا مُحَمَّدُ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ وَ بِوَلَايَتِكَ يَا عَلِيُّ يَا عَلِيُّ يَا عَلِيُّ أَدْرِكْنِي بِحَقِّ لُطْفِكَ الْخَفِيِّ، اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ أَنَا مِنْ شَرِّ أَعْدَائِكَ بَرِي‏ءٌ بَرِي‏ءٌ بَرِي‏ءٌ اللَّهُ صَمَدِي بِحَقِّ إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعِينُ يَا أَبَا الْغَيْثِ أَغِثْنِي يَا عَلِيُّ أَدْرِكْنِي يَا قَاهِرَ الْعَدُوِّ وَ يَا وَالِيَ الْوَلِيِّ يَا مَظْهَرَ الْعَجَائِبِ يَا مُرْتَضَى عَلِيُّ، يَا قَهَّارُ تَقَهَّرْتَ بِالْقَهْرِ وَ الْقَهْرُ فِي قَهْرِ قَهْرِكَ يَا قَهَّارُ يَا ذَا الْبَطْشِ الشَّدِيدِ أَنْتَ الْقَاهِرُ الْجَبَّارُ الْمُهْلِكُ الْمُنْتَقِمُ الْقَوِيُّ وَ الَّذِي لَا يُطَاقُ انْتِقَامُهُ وَ أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ وَ إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ لَا إِلَهَ إِلَّا هُوَ الرَّحْمَنُ الرَّحِيمُ حَسْبِيَ اللَّهُ وَ نِعْمَ الْوَكِيلُ نِعْمَ الْمَوْلَى وَ نِعْمَ النَّصِيرُ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ أَغِثْنِي يَا رَاحِمَ الْمَسَاكِينِ ارْحَمْنِي يَا عَلِيُّ وَ أَدْرِكْنِي يَا عَلِيُّ أَدْرِكْنِي يَا عَلِيُّ أَدْرِكْنِي بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ.

P.S: “Nadi Əli Səğir” və “Nadi Əli Kəbir” adlanan bu dualar əlimizdə olan qədim kitablarda (hicrinin 6-cı əsrinə qədərki qaynaqlarda) yoxdur. Amma məsumlar tərəfindən savab kimi buyurulmuş niyyəti ilə deyil, ali məzmununa görə, “ümid qəsdi” ilə oxumağın eybi yoxdur./iqna

Mirməhəmməd Bəşir