Nəqliyyat vasitəsinin nömrəsini virtual olaraq saxlamaq mümkün olacaq

Nəqliyyat vasitəsinin nömrəsini virtual olaraq saxlamaq mümkün olacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Nəqliyyat vasitəsinin dövlət nömrə nişanının saxlanması qaydasının dəyişdirilməsi nəzərdə tutulur. Büronun sabahkı iclasında müvafiq dəyişikliklərə start veriləcək.

Qanun layihəsinin təşəbbüskarları deputatlar – Anri Oxanaşvili, Davit Matikaşvili, İrakli Şatakişvili, Rati İonatamişvili, Quram Maçaraşvili, Nino İobaşvili, Qiorqi Amilaxvari, Aleksandr Tabatadze və Aluda Ğuduşauridir.

Onların izahatına görə, hazırkı model ödənişli nömrələrin fiziki saxlanmasını nəzərdə tutur ki, bu da xidmət təşkilatı tərəfindən adekvat yer ayrılmasını tələb edir və müştəri üçün müəyyən maneələr yaradır, çünki şəxs saxlanılan nömrəni yalnız onun olduğu struktur bölməsində götürə bilər.

Deputatların sözlərinə görə, nömrənin tapılması vaxtda gecikir və saxlanılan nömrə tez-tez zədələnir.

Qanun layihəsinə görə, nömrəni fiziki olaraq deyil, “virtual” saxlamaq mümkün olacaq. Qanunvericilər təklif edir ki, bu dəyişiklik nəticəsində istehlakçı qısa müddət ərzində xidmət orqanının istənilən struktur bölməsində öz avtomobilinin nömrəsini bərpa edə biləcək.

Dəyişikliklərlə xidmət qurumu nəqliyyat vasitəsinin dövlət nömrə nişanını yeddi ay deyil, bir ilə qədər saxlayacaq.

Qanun layihəsinə əsasən, avtomobilin xidmət haqqı 35 lari, motosiklet, kvadrosikl, üçtəkərli velosiped, moped, yüngül kvadrosikl üçün isə 25 lari təşkil edir.