Ən etibarlı elektrikli maşınlar - SİYAHI

Ən etibarlı elektrikli maşınlar – SİYAHI

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Britaniyalılar elektromobil modellərinin etibarlılığı ilə bağlı araşdırma aparıblar.

Mütəxəssislər Böyük Britaniyada bir neçə min elektromobil sahibi ilə sorğu aparıblar. Onlar istismarın birinci ilində (əgər varsa) çatışmazlıqlar barədə danışıblar. Məhz xarab olmayan avtomobillərin faizi reytinqin əsas meyarına çevrilib.

Məlum olub ki, dövrümüzün ən etibarlı elektrik avtomobili birinci nəsil “Nissan Leaf”dır. 2011-2019-cu illərdə istehsal olunan avtomobillərin 98,6 faizində birinci ildə heç bir nasazlıq olmayıb.

İkinci yeri gözlənilmədən 96,5 faiz nəticə ilə MG ZS EV elektrik avtomobili tutub.

Ən etibarlı 5 elektrik avtomibili bunlardır:

Ən etibarlı elektrikli maşınlar - SİYAHI Nissan Leaf 

1.”Nissan Leaf” (birinci nəsil) – 98,6 faiz (qəzaya uğramayan maşın)

2.MG ZS EV – 96,5 faiz

Ən etibarlı elektrikli maşınlar - SİYAHI

MG ZS EV

3.”Kia e-Niro” – 95,8 faiz

4.BMW i3 – 94,1 faiz

5.Tesla Model 3 – 93,3 faiz

Maraqlıdır ki, “Nissan Leaf” ikinci generasiya nəticəni yalnız 89,7 faiz göstərib.

Onun asma, əyləc və elektronika ilə bağlı problemləri olduğu bildirilir. “Jaguar i-Pace” ən aşağı etibarlılıq göstəricisinə malikdir – 86,3 faiz. Çox vaxt batareyada, elektronikada və peyk naviqasiyasında nasazlıqlar qeydə alınıb./lent