Myanmarda xaos bitmir: 19 nəfərə edam cəzası verildi 

Myanmarda xaos bitmir: 19 nəfərə edam cəzası verildi 

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 Myanmar ordusunun hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına qarşı Baqoda təşkil edilən etiraz aksiyalarına silahlı müdaxiləsi nəticəsində azı 20 mülki vətəndaş ölüb.

Oxuinfo.com Virtualaz.org-a istinadla xəbər verir ki, “Anadolu” agentliyinə müsahibə verən fəal Keren Kin azı 60 nəfərin öldüyünü iddia edib: “Döyüşlərin gecə yarısına qədər davam etdiyini və cəsədlərin olduğunu eşitdik. Öldürülən mülki şəxslərin hərbi maşınlarda gizlədildiyi deyilir”.

Onun sözlərinə görə, bölgədə minlərlə vətəndaş evlərini tərk edib. Eyni zamanda, ölkədə seçilmiş hökuməti çevrilişlə devirən hərbi məhkəmə 19 nəfəri bir əsgərin ölümünə səbəb olduqları üçün edam cəzasına məhkum edib.