Myanmarda həlak olanların sayı 714-ə çatdı

Myanmarda həlak olanların sayı 714-ə çatdı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Myanmarda təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində ölən mülki vətəndaşların sayı 714-ə çatdı.

Oxuinfo.com Hurriyet.com.tr-yə istinadla xəbər verir ki, Siyasi Məhbuslara Yardım Təşkilatı tərəfindən yayımlanan gündəlik hesabatda, son 24 saat ərzində daha 4 itkinin təsdiq edildiyi bildirildi.

Ümumi can itkisi 714 olaraq qeyd edildiyi halda, 3 min 54 nəfərin nəzarətə alındığı da bildirildi.

6 NƏFƏRƏ ƏLAVƏ EDAM HÖKMÜ

Myanmar ordusuna aid MRTV televiziyasında yer alan reportajda, 6 çevriliş əleyhinə fəalın 302-1 (b) saylı cəza qanununu pozduqları səbəbi ilə  edam edildiyi bildirildi, bu da xalqı təhrik edənlərə cəza verilməsini nəzərdə tutur.

Hərbi məhkəmə, 10 aprel çevrilişindən sonra ilk ölüm hökmünü verdi və həbsdə olan 19 nəfər ölüm cəzasına məhkum edildi.

Türkcədən çevirən: Ramil Qəhrəmanov