Mütəxəssislər reklam baxışlarını imitasiya etmiş dələduz Android tətbiqlərini aşkar ediblər

Mütəxəssislər reklam baxışlarını imitasiya etmiş dələduz Android tətbiqlərini aşkar ediblər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

  Dələduzlar milyona yaxın Android cihaza xüsusi proqram təminatı quraşdırıblar və həmin proqram təminatı reklam baxışlarını imitasiya edərək bunun üzərindən pul qazanmağa şərait yaradıb. Bu barədə məlumatı kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Human adlı şirkətin mütəxəssisləri veriblər. Mütəxəssislər aşkar ediblər ki, Google Play-də olmuş 29 tətbiq Android cihazları bir növ Smart TV televizorlarına çevirib və gündəlik 650 milyon reklam sorğusu imitasiya edib. Daha sonra dələduzlar reklam verənləri həmin reklam baxışlarının doğruluğuna inandıraraq onlardan ödənişlər alıblar.

    Əslində isə həmin reklam baxışları mövcud olmayıb. Həmçinin məlum olub ki, Roku adlı şirkətin məhsulları üçün nəzərdə tutulmuş tətbiqlər mağazasında olmuş 36 tətbiq də sözügedən dələduzluq sxeminin bir hissəsi olubmuş. Dələduzlar reklam baxışlarının imitasiyası üçün Flash LightMobile Screen Recorder, Sling Puck 3D Challenge və digər tətbiqlərdən istifadə ediblər. Onların bu üsul ilə nə qədər vəsait qazandıqları barəsində məlumat verilməyib. Aşkar edilmiş bütün tətbiqlər online platformadan silinib və əldə olunmuş məlumatlar hüquq-mühafizə orqanlarına təhvil verilib.

technote.az