Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

   Bespoken adlı şirkət AppleAmazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının müqayisəsi üzrə müstəqil tədqiqat aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bu şirkətlərin səsli köməkçilərinin gücləri heç də eyni səviyyədə deyillər. Reytinqin qalibi isə digərlərini yüksək faiz göstəricisi ilə geridə qoyub. Tədqiqatın aparılması üçün mütəxəssislər insan nitqini imitasiya edən test məqsədli robotdan istifadə ediblər. Bu üsul ilə onlar səsli köməçilərin davranışlarını qiymətləndirmək istəyiblər.

    Mütəxəssislər səsli köməkçilərə yönləndirilmiş sorğuları iki hissəyə bölüblər: Sadə və qəliz. Sorğuların əksəriyyəti elə şəkildə formalaşdırılmışdı ki, səsli köməkçilər cavab verməkdə çətinlik çəksinlər. Belə ki, tərtib olunmuş sorğuların əksəriyyəti düzgün cavaba sahib deyildi. Məsələn həmin sorğulardan biri belə idi: “Marsa ayaq basmış ilk insanın adını söyləyin”. Aparılmış testlər nəticəsində reytinqin birinci pilləsində Google Assistant qərarlaşıb. O öz rəqiblərindən fərqli olaraq sadə sorğulara 76.57% ehtimalda, qəliz sorğulara isə 70.18% ehtimalda düzgün cavab verə bilib.

TECHNOTE.AZ