Mütəxəssislər: 'İnsanlar artıq 10 ildən sonra ciddi iqlim dəyişiklikləri ilə qarşılaşacaqlar'

Mütəxəssislər: ‘İnsanlar artıq 10 ildən sonra ciddi iqlim dəyişiklikləri ilə qarşılaşacaqlar’

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Planetin orta temperaturunun yüksəlməsini 2 dərəcə sərhədində saxlamaq mümkün olmayacaq. Yaxın 10 il ərzində iqlim dəyişiklikləri Yer kürəsindəki həyatı fundamental şəkildə dəyişəcək. Əgər insanlar parnik qazlarının atmosferə ifrazını idarə edə bilsələr də bu baş verəcək. Heyvan növlərinin məhv olmaları, epidemiyalar, ekosistemin çökməsi, okean səviyyəsinin yüksəlməsi səbəbilə sahilboyu şəhərlərin sular altında qalmaları və s. kimi hadisələrin sayı artacaq. Bu günlərdə doğulmuş uşaqların artıq 30 yaşları tamam olanda bu cür hadisələrin baş verməsi açıq aydın bir fakt kimi qəbul ediləcək. Bunlar ayrı-ayrı mütəxəssislərin proqnozları deyil.

    Bunlar iqlim dəyişikliyi üzrə hökumətlərarası mütəxəssislər qrupuna (IPCC) aid proqnozlardır. IPCC-nın hesabatına əsasən insanların indiki vaxtda etdikləri seçimlər insan sivilizasiyasının 21-ci əsrdə inkişaf etməsini və ya sağ qalmaq uğrunda mübarizə aparmasını təyin edəcəklər. Geri dönüş nöqtəsinin olmayacağı zamanlar əvvəllər düşünüldüyündən daha yaxındırlar. Onilliklər ərzində idarəsiz olmuş CO2 ifrazının nəticələrini qısa zamanda aradan qaldırmaq mümkün olmayacaq.

 “Ən pisi hələ qabaqdadır və bu məsələdə olacaq ağır nəticələr bizim övladlarımız ilə nəvələrimizə daha ciddi təsir göstərəcəklər nəinki bizim özümüzə” – deyə hesabatda qeyd edilib. Phys.org saytının verdiyi məlumata əsasən təqdim edilmiş hesabatdan minimum 4 nəticə çıxartmaq olar.  Birinci nəticə ondan ibarətdir ki, planetin illik orta temperaturu sənaye öncəsi dövr ilə müqayisədə 1.1 dərəcə Selsiyə çatıb. 10 il bundan öncə alimlər inanırdılar ki, temperaturun yüksəlməsini 2 dərəcə Selsi sərhədində saxlamaq mümkün olacaq.

Lakin indi məlum olub ki, planet ən yaxşı halda orta temperaturun 3 dərəcə Selsiyə kimi yüksəlməsi göstəricisinə doğru gedir.

    İkinci nəticə ondan ibarətdir ki, bütün dünya yaxın gələcəkdə olacaq sınaqlara hazır olmalıdır. Hal hazırda mövcud olan hazırlıq səviyyəsi gələcəkdəki iqlim dəyişikliklərinə uyğun gəlmir. Yeni nəsilə aid olacaq milyonlarla insan 2050-ci ilə kimi aclıq ilə qarşı-qarşıya gələcək. Sosial bərabərsizliyin aradan qaldırılması üçün heç bir tədbir görülməsə daha 130 milyon insan 10 il ərzində səfalətə düçar olacaq. Bu əsrin ortasında sahilboyu şəhərlər iqlim böhranı ilə mübarizədə ön cəbhədə olacaqlar və həmin şəhərlər suyun altında qalmaq riskinə sahib olacaqlar. Daha 350 milyon insan daimi təmiz su çatışmazlığı ilə qarşılacaq. Ekstremal isti hava şəraiti 420 milyon insana təsir göstərəcək.

Üçüncü nəticəyə gəldikdə isə mütəxəssislər tərəfindən təqdim edilmiş hesabatda geri dönüşü olmayacaq nöqtələrdən danışılır. Alimlər onları yeni təyin etməyi və başa düşməyi bacarıblar.

    Bu cür nöqtələrdən biri də Qrenlandiyada və Qərbi Antarktidada buzlaqların ərimələri olacaq. Bu proses isə öz növbəsində planet temperaturunun 2 dərəcə Selsi yüksəlməsinə səbəb olacaq. Sözügedən buzlaqların ərimələri kifayət edəcək ki, dəniz səviyyəsi 13 metr yüksəlsin. Geri dönüşü mümkün olmayacaq digər nöqtələr isə Amazon meşələrinin səhralara çevrilmələri və Sibir regionunun atmosferə milyardlarla ton CO2 ifrazı ola bilərlər. Təqdim edilmiş hesabatda optimizmə sahib proqnozlar az olsa da IPCC qeyd edib ki, ən pis ssenarilərdən yan keçmək və qarşısıalınmaz hadisələrə lazımi səviyyədə hazırlaşmaq üçün hələ də faydalı şeylər etmək mümkündür.

    Məsələn mavi hidrogen ekosisteminin (CO2-nin yığılaraq saxlanması şərti ilə metanın buxara çevrilməsindən alınan hidrogen / bu üsul CO2 ifrazının 2 dəfə aşağı salınmasına yardımçı olur) bərpası və dəstəklənməsi lazımdır. İnsanlar öz qida rasionlarında ət məhsullarından daha az istifadə etməlidirlər. Lakin təkcə daxili yanacaq mühərriklərindən imtina etməklə və daha çox meşələrin salınması ilə iqlim dəyişikliklərinə qarşı mübarizə aparmaq mümkün deyil. Bütün sahələrdə dəyişikliklər etmək lazımdır. Həm individual həm də dövlət səviyyəsində. Dördüncü nəticə isə məhz bundan ibarətdir.

technote