Mütəxəssisdən tövsiyə: Beliniz ağrıyırsa ayaqqabınızı dəyişin

Mütəxəssisdən tövsiyə: Beliniz ağrıyırsa ayaqqabınızı dəyişin

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bel ağrısına səbəb olan səbəblərdən biri yastıpəncəlikdir.

Bu barədə Rusiyada ali kateqoriyalı travmatoloq-ortoped Maksim Qonçarov danışıb.

“Yastıpəncəliyə görə ağırlıq mərkəzi bel sütununa keçir. Bu vəziyyətdə hər yaşda olan insanlar ayaq üstə duranda ağrı hiss edirlər”, – deyə Qonçarov bildirib.

O qeyd edib ki, ağrıların ən çox səbəbi osteoxondrozdur. Mütəxəssisin sözlərinə görə, bu xəstəlikdən əziyyət çəkənlərin 70%-i yaşı 50-yə qədər olanlardır.

Həkim bildirib ki, osteoxondrozun gətirib çıxardığı ağırlaşmalar arasında beyinə qan tədarükündə pozğunluqları, fəqərəarası disk yırtığı və radikulit var. O, gəzinti və velotrenajorun köməyi ilə xəstəliyin inkişafını dayandırmağın mümkün olduğunu vurğulayıb.

“Qaçmağa başlamazdan əvvəl, ayaqda yastıpəncəlik araşdırılmalı və buna uyğun (idman və gündəlik gəzinti üçün), individual olaraq hazırlanmış içliklərlə kompensasiya edilməlidir”, – deyə həkim vurğulayıb./oxu