Müsəlmanlar kimsəsiz şəxslərə layiqli dəfn mərasimləri keçirirlər

Müsəlmanlar kimsəsiz şəxslərə layiqli dəfn mərasimləri keçirirlər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 Təxminən 10 ildir ki, Seneqaldakı müsəlman təşkilatının könüllüləri şəxsi vəsaitləri hesabına meyitləri tanınmayan müsəlman qardaş və bacılarını dəfn edirlər.

Oxuinfo.com az.shafaqna.com-a istinadla xəbər verir ki, “Kamillik və Mərhəmət Assosiyasiyası”-nın Baş katibi Lamin Mandianq bildirib ki, təşkilat 2010-cu ildə araşdırma aparıb və müyyən edib ki, kimliyi müəyyən edilməyən bir meyit aşkar edildikdə dövlət xidmətləri onları İslam qaydaları əsasında dəfn etmirlər, baxmayaraq ki, ölkənin azı 94%-i müsəlmandır.

Onlar bizim müsəlman qardaş və bacılarımızdır, biz onların qayğısına qalmağa borcluyuq”, – deyə Mandianq bu cür dünyasını dəyişənlər barədə qeyd edib.

Biz harada və nə zaman öləcəyimizi bilmirik. Ona görə də bu gözəl işi etməliyik. Biz onlar üçün dua edirik və Allahdan onları cənnətlə mükafatlandırmasını diləyirik”, – deyə müsəlman könüllü Əhmədin Ndoye bildirib.