Müsəlmanlar bayram namazını İrlandiyanın ən böyük stadionunda qılacaqlar

Müsəlmanlar bayram namazını İrlandiyanın ən böyük stadionunda qılacaqlar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İrlandiya artıq ikinci ildir ki, Qurban bayramının keçirilməsi üçün ölkənin ən böyük stadionunu müsəlmanların istifadəsinə verir.

“Şadıq ki, Qal İdman Assosiyasiyası və Krouk Park komandası növbəti dəfə bizə bir icma olaraq stadionda yığışaraq Qurban bayramını qeyd etmək imkanı yaradır”, – deyə İrlandiya Müsəlman Sülh və İnteqrasiya Şurasından bildirilib.

Qal İdman Assosiyasiyası elan edib ki, Krou Park stadionunda bayram namazı qılınacaq.

Qeyd edək ki, sözügedən stadion İrlandiyanın ən böyük və Avropanın 3-cü ən böyük stadionudur. /iqna