Müsəlman xanımın beyin xərçəngi müalicəsi uğur qazanıb

Müsəlman xanımın beyin xərçəngi müalicəsi uğur qazanıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

oxuinfo.com iqna.ir portalına istinadla xəbər verir ki, ABŞ-ın Hyuston Universitetinin tibbi mühəndislik kafedrasında çalışan İran əsilli dosent beyin xərçənginin müalicəsində yan təsirləri azaltmaq üçün yeni yol təklif edib.
Şirin Məcid beyin xərçənginin müalicəsində yan təsirləri minimuma endirmək üçün, kimyəvi terapiyanın tətbiqi zamanı nano daşıyıcılarlardan istifadə etməklə yeni müalicə üsulu təqdim edib.
Şirin Məcid yeni metodu yalnız şiş hüceyrələrini məhv edən, daha az yan təsiri olan və nəzərəçarpacaq dərəcədə təsirli olan hədəfli nanoterapiya kimi təsvir edir.
Bu metodun laborator nəticələri müsbətdir və araşdırma davam edir. Çox formalı qlioblastoma, beyin şişinin ən çox rastlaşılan invaziv formasıdır.
Bu növ xərçəng üçün orta ömür yalnız beş ildir. Bu tip xərçəngin müalicəsi çox çətindir, çünki mövcud müalicələr kimyəvi terapiya, radiasiya terapiyası, cərrahiyyə əməliyyatı və ikisinin birləşməsindən asılıdır.