Müsəlman tibb bacıları xəstəxanada hicabla çalışa bilərlər

Müsəlman tibb bacıları xəstəxanada hicabla çalışa bilərlər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Sinqapurun baş naziri Li Syan Lun ötən gün, Şənbə, 10 Aprel 2021-ci il, dövlətdən istəyib ki, müsəlman tibb bacılarına iş forması ilə hicab örtmələrinə icazə verməyə hazır olsun.

Oxuinfo.com İQNA-ya istinadla xəbər verir ki, o, Malayi müsəlmanları cəmiyyətinin rəhbərləri ilə görüşündən sonra deyib: Bu nəticəyə gəlmişik ki, tibb bacılarına hicab örtmələrinə icazə vermək üçün hazırlaşmalıyıq. Çünki cəmiyyətin ictimai baxışı dəyişib, hicab örtmək iş yerlərində və ictiami işlərdə yayılmış bir məsələdir.

Li Syan Lun vurğulayıb: Müsəlman cəmiyyəti bilir ki, dövlət müsəlman tibb bacılarına “tudung” (məqnəə) geyinməyə icazə verib. Bu barədə onlarla məşvərət edib. Amma bu barədə əsaslı dəyişiklik etmək üçün dövlət buna hazırlaşmalı, zəmin və şərait yaratmalıdır.

O əlavə edib: Biz arxayın olmalıyıq ki, əhali bu dəyişikliyi qəbul etməyə hazırdır. Biz çox irqli və çox dinli bir ölkəyik. Buna görə də müştərək yaşamaq üçün lazım olan öhdəliklərə vəfadar olmalıyıq.