Müsəlman taksi sürücüsündən nümunəvi addım: İtən pulları sahibinə qaytardı

Müsəlman taksi sürücüsündən nümunəvi addım: İtən pulları sahibinə qaytardı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Dubayda özəl taksi xidmətinin sürücüsü Məhəmməd Orfan Məhəmməd Rəfiq sərnişinin avtomobildə unutduğu 900 min dirhəm (246 min dollar) pulu sahibinə geri qaytarıb.

Sürücü aşkar etdiyi pulu polis şöbəsinə təhvil verib.

Şöbə rəisi Abdulla Xadim Surur sürücünün dürüstlüyünü təqdir edib və ona hüquq-mühafizə orqanlarına göstərdiyi yardım və əməkdaşlığa görə təşəkkürnamə təqdim edib.

Qeyd edilir ki, hər il taksi sürücüləri öz avtomobillərində böyük məbləğdə pullar, yüzlərlə elektron cihaz, mobil telefonlar və zinət əşyaları tapırlar. Taksi sürücüləri dürüstlük sərgiləyirlər, nəticə də aşkar edilən əşyalar öz sahiblərinə geri qaytarılır. /azshafagna