Müsəlman qız Beynəlxalq İxtiraçılar Konkursunda 3-cü yeri tutdu

Müsəlman qız Beynəlxalq İxtiraçılar Konkursunda 3-cü yeri tutdu

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İranlı tələbə Ariana Nuri İsveçrədə keçirilən Beynəlxalq İxtiraçılar Konkursunda (BİK) 3-cü yeri tutub.
Xanım Nuri həmçinin İntellektual Mülkiyyət Təşkilatının (İMT) innovasiyalar və ixtiralar konkursunda da premiya laureatı olub.

O, konkursda COVID-19 əleyhinə intellektual robot hazırlayıb. Həmin robot insanın bədən temperaturunu nəzarətdə saxlaya, yoluxma ilə bağlı diaqnoz qoya və sosial məsafəni müəyyən edə bilir. Robot həmçinin sosial məsafəyə əməl edilməməsi ilə bağlı xəbərdarlıq da edir.

Qeyd edək ki, İsveçrədəki BİK 20 iyul – 8 sentyabr tarixlərində onlayn formatda keçirilib. / irna