Müsəlman futbolçu Afrikada xəstəxana inşa etdirəcək

Müsəlman futbolçu Afrikada xəstəxana inşa etdirəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Liverpul” komandasının hücumçusu Sadio Mane vətəni olan Seneqalın Bambali yaşayış məntəqəsində xəstəxana inşa etdirəcək.

O, tibb müəssisəsinin tikintisinə 693 min dollar xərcləyəcək.

Mane bu ay Seneqal prezidenti Maki Sall ilə görüşərək sözügedən layihəni müzakirə edib.

Xatırladaq ki, Mane hər zaman sadəliyi ilə seçilən futbolçulardan biridir. Vətəni Seneqalda onu həm sahədə sərgilədiyi oyuna, həm də xeyirxahlığına görə sevirlər.

O, 2020-ci ildə də Seneqalda pandemiya ilə mübarizəyə yardım üçün böyük məbləğdə pul ianə etmişdi.

iqna.ir