Müsəlman azlığının müdafiəsi ilə bağlı BMT qətnaməsinin qəbulu

Müsəlman azlığının müdafiəsi ilə bağlı BMT qətnaməsinin qəbulu

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Myanmada Rohinca Müsəlmanlarının və Digər Azlıqların Vəziyyəti adlı qətnamədə ədalət və insan haqları kimi məsələlərə diqqət yetirilir.

Banqladeşin BMT-dəki səfiri Rübab Fatimə qətnamə ilə bağlı deyib: “BMT-nin ilk dəfə konsensusla qəbul etdiyi qətnamənin qəbulu beynəlxalq ictimaiyyətin Rohinca böhranına son qoymaq üçün güclü iradəsini nümayiş etdirir.”

Banqladeş Xarici İşlər Nazirliyinin mətbuat bəyanatında deyilir: “Qətnamə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Avropa İttifaqı (Aİ) üzv dövlətləri ilə birlikdə BMT-yə təqdim edilib.”

Qətnamədə üzv dövlətlər Banqladeşi Rohincalara ev sahibliyi etdiyinə, onlara humanitar yardım göstərdiyinə və onları Covid-19 Milli Peyvənd Proqramına daxil etdiyinə görə təşəkkür ediblər./iqna