Mumbayidə Ramazan ayı münasibəti ilə Quran sərgisi keçirilir

Mumbayidə Ramazan ayı münasibəti ilə Quran sərgisi keçirilir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 Mübarək Ramazan ayı münasibəti ilə Hindistanın Mumbayi şəhərində iranlı və hindli incəsənət ustadlarının Quran ayələri işlədikləri hüsnxətt əsərlərinin virtual sərgisi keçirilir.

Virtual 3D Quran sərgisi İran İslam Respublikasının Mumbayidəki Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil edilib.

Sərgidə İran və Hindistanın incəsənət ustadlarının Quran ayələri əsasında yazdıqları hüsnxətt tabloları nümayiş olunur.

Ramazan ayı boyunca davam edəcək sərgidə iki ölkənin incəsənət ustadlarının 31 əsəri nümayiş ediləcək.

Quran ayələrinin hüsnxətt tablolarını müşahidə etmək istəyənlər qarşıdakı linkə keçid edə bilərlər.

İQNA.İR