Muhamməd Salah-ın Keniyaya səfəri zamanı Quran tilavəti

Muhamməd Salah-ın Keniyaya səfəri zamanı Quran tilavəti

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İngiltərə Liverpool futbol komandasının oyunçusu Muhamməd Salah-ın Misir millisi ilə Keniyaya səfəri zamanı Quran tilavətinin şəkli sosial mediada paylaşıldı.

oxuinfo.com İQNA-ya istinadən verdiyi məlumata görə, “Liverpool” un misirli hücumçusu Məhəmməd Salah Fifadidə ölkəsinin millisi ilə Keniyaya yola düşdü.
Bu səfər zamanı Məhəmməd Salahın təyyarədə Quran oxuduğu halda bir video yayımlandı.
Məhəmməd Salah bu günlərdə Lionel Messi və Cristiano Ronaldo kimi superulduzlarla müqayisə edildiyi qədər Yaşıl düzbucaqlı ulduzlarından birinə çevrildi. Bu mövsüm İngiltərə Premyer Liqasında və Çempionlar Liqasında çıxışı o qədər təəccüblü oldu ki, son zamanlarda bir sıra Liverpool azarkeşləri də “Daha bir neçə qol vursa, müsəlman olaram!” Kimi şüarlar səsləndirdi. Bu müsəlman futbolçunun məmləkətindəki populyarlığı o qədər böyükdür ki, son Misir seçkilərində Məhəmməd Salahın adı milyondan çox dəfə xatırlandı.
Son aylardakı parlaqlığının yanında, oyundan əvvəl dua etməsi, nümunəvi sevincləri (səcdə) və Quran tilavəti onu müxtəlif mediaların, xüsusən də İslam ölkələrinin medialarının gündəminə çevirdi.
Amma o futbol dünyasında yeganə müsəlman ulduzu deyil, adanın Premyer Liqasında bir çox görkəmli oyunçu İslamı dinləri olaraq seçdiblər.

Fars dilindən tərcümə edən: Natiq Abbasov