Misirdə 3000 illik 'İtkin Qızıl Şəhər' aşkar edildi

Misirdə 3000 illik ‘İtkin Qızıl Şəhər’ aşkar edildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Misirdə üç min illik tarixi olan və ‘İtkin Qızıl Şəhər’ olaraq adlandırılan qədim şəhərin nəhayət tapıldığı açıqlandı.

Oxuinfo.com Sondakika.com-a istinadla xəbər verir ki, Misirdə Krallar Vadisinin yerləşdiyi Luksorda üç min ildir qumun altında basdırılan Aten şəhəri uzun araşdırmalardan sonra kəşf edildi. ‘İtkin Qızıl Şəhər’ olaraq bilinən Aten şəhəri kral Amenhotep tərəfindən qurulduğu düşünülür. Arxeoloji qazıntılarda şəhərdəki yaşayış yerlərinin divarlarının hələ də bütöv olduğu, gündəlik həyatda istifadə olunan alətlərin də yaşayış yerlərindəki otaqlarda olduğu bildirildi. Amerikan Johns Hopkins Universitetinin Misir Araşdırmaları Professoru Betsy Bryan, şəhərin kəşfini Tutankhamun türbəsinin kəşfindən bəri ən vacib kəşf olduğunu bildirdi.

Türkcədən çevirən: Ramil Qəhrəmanov