Misirdə 22 fironun mumiyasının köçürülməsi mərasimi başlayıb

Misirdə 22 fironun mumiyasının köçürülməsi mərasimi başlayıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Misirin paytaxtı Qahirədə 22 fironun mumiyalarının daşınması mərasimi başlayıb.

Oxuinfo.com APA-ya istinadən xəbər verir ki, Misirin 22 qədim hökmdarının balzamlanmış mumiyaları təntənəli şəkildə Qahirənin mərkəzindəki Təhrir meydanında yerləşən Misir Milli Muzeyinin binasından çıxarılıb.

Təşkilatçıların “fironların qızıl paradı” adlandırdığı möhtəşəm mərasim Qahirə vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə saat 22:00) başlayıb. Qədim qayıqlar kimi bəzədilmiş uzun sarkofaq yürüşünə min illər əvvəl yaşamış misirlilərin paltarını geyinmiş atlı mühafizəçilər rəhbərlik edir.

Kortej beş kilometrlik məsafə qət etməli olacaq. Yürüşün əsas marşrutu Nil boyunca olacaq. Kortejin son nöqtəsi Qahirənin qədim Fustat bölgəsində yeni inşa edilmiş Misir Mədəniyyətləri Milli Muzeyi olacaq.

Daşınan mumiyalar arasında 18-ci çarın və on yeddinci-iyirminci sülalələrin dörd çariçasının cəsədləri var. Bunların arasında fironlar II Ramzes, III Tutmos və I Seti kimi mötəbər və tarixi fatehlər də var. Şənbə günü özünün yeni evinə məşhur Misir kraliçası Hatşepsut da daşınır.

Misirin tarixi məsələlər və turizm naziri Xalid əl-Anani bildirib ki, yeni muzeyə daşınan mumiyalara dövlət başçıları kimi şərəf nümayiş etdiriləcək. O bu tədbiri “Misirdə son illərdəki ən böyük mədəni hadisə” adlandırıb.

Mərasimdə Misir prezidenti Əbdül Fəttah əs-Sisi də iştirak edir.