Misir məscidlərində "Uşaq Hüquqları"nın tədrisi

Misir məscidlərində “Uşaq Hüquqları”nın tədrisi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Misirin Vəqflər Nazirliyi, uşaqların maarifləndirilməsinə yönəlmiş ən son təhsil layihəsi kimi “Uşaq Hüquqları” layihəsinə start verib.

Misir Vəqflər Nazirliyinin əsas məqsədi, uşaqların maarifini və təhsilini artırmaqdır. Bu layihənin mövzuları dini aspektlə məhdudlaşmayacaq. Həqiqətdə, sosial, tarixi, ədəbi, psixoloji və elmi mövzuları da əhatə edəcək.

Bu layihədə iştirak edən uşaqlar üçün bir sıra nağıl yazmaq və incəsənət məşğələləri də keçiriləcək.
“Uşaq hüquqları” layihəsinində yaş qrupu, 6 yaşdan 9 yaşa qədər və 9 yaşdan 14 yaşa qədərdir.

Misir Vəqflər Nazirliyi, layihənin birinci hissəsini həyata keçirmək üçün ölkə üzrə 100 məscidi seçib. O, məscidlərin geniş məkanından istifadə edərək, Koronanın qarşısını alan qaydalara riayət edərək, bu layihəni həyata keçirtmək istəyir./iqna