"ƏMİN"  FONDU YENİ İLDƏ DƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM UŞAQLARA PAY GÖNDƏRİB

“ƏMİN” FONDU YENİ İLDƏ DƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM UŞAQLARA PAY GÖNDƏRİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Əmin Xeyriyyə Fondu Miladi təqvimi ilə yeni ildə də Valideyn Himayəsindən məhrum yoxsul uşaqların ailələrinə (50 lari dəyərində) ərzaq paketi və (kilo yarım olmaqla ət) yardımı çatdırıb.

Ölkəmizin müxtəlif yerlərindən himayədarlıq etdiyi və eləcə də gözləmə növbəsində olan müraciət edənlərin ailəsinə xeyriyyəçi və yardimsevər insanlardan topladığı ianələri (ümumilikdə  80 pay şəkilində) çatdırıb. Həmçinin bu ayın aylıq yardımını yeni ilə görə erkən olaraq himayəsində olan 105 uşağın hesabına köçürüb.

Əmin fondunun təşkilatçıları yeni il aksiyasına dəstək olan xeyirxah insanlara və ümumiyyətlə fonda aylıq dəstək olan hər bir xeyriyyəçi şəxsə minnətdarlığını bildirir.