Milyarder 82 yaşlı qadını kosmosa aparacaq

Milyarder 82 yaşlı qadını kosmosa aparacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Amerikanın Blue Origin şirkəti tərəfindən hazırlanan New Shepard idarəolunan kosmik gəmisinin ilk heyəti demək olar ki, doludur – göyərtədəki dördüncü şəxs amerikalı Meri Uolles Fank olacaq.

Bu barədə özünün Instagram səhifəsində milyarder Ceff Bezos özü məlumat verib.

Meri Fankdan başqa gəmidə Ceff Bezos, onun kiçik qardaşı Mark və 28 milyon dollara kosmosa səyahət bileti alan hərracın naməlum qalibi də olacaq.

82 yaşlı Fank tarixə kosmosa uçacaq ən yaşlı insan kimi tarixə düşəcək. O, 1960-cı illərdə “Merkuri 13” layihəsində iştirak edib və orbitə uçmaq üçün təlim keçilən 13 amerikalı qadından biri olub. Lakin onların heç birinin arzusu reallaşmayıb. Bununla belə, Bezos onu ən yaxşı qrup adlandırıb.

Fank sonra uçuş təlimatçısı kimi işə başlayıb və ABŞ-ın Federal mülki aviasiya idarəsində təyyarə qəzalarını araşdıran ilk qadın müstəntiq olub.

Uçuş iyulun 20-də baş tutacaq.

lent.az