“Microsoft” virtual reallıq üçün əlcək icad edib - FOTO/VİDEO

“Microsoft” virtual reallıq üçün əlcək icad edib – FOTO/VİDEO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Microsoft” virtual reallıq (VR) əlcəyini patentləşdirib.

Bu barədə “PatentlyApple” öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, əlcəklər virtual obyektləri götürərkən fiziki toxunma hissini təmin edəcək. “Microsoft” mühəndisləri əlcəyin arxasına xüsusi güc mexanizmi yerləşdirməyi, onu sensorlar və yığcam mühərriklərlə təchiz etməyi təklif ediblər.

VR-də obyektlə təmas halında sensorlar mühərriklərə siqnal göndərəcək, bu da obyektlə toxunuşu simulyasiya edəcək.

Patentə əsasən, ixtira edilmiş qurğu peşəkar mühitdə və video oyunlarda istifadə üçün nəzərdə tutulub.

Jurnalistlər qeyd ediblər ki, VR əlcəkləri “Xbox”da virtual reallıq oyunlarında istifadə oluna bilər, lakin “Microsoft”un bu istiqamətdə planları barədə heç nə məlum deyil./oxu