Meksikada "Pamela" qasırğası tropik fırtınaya çevrilir

Meksikada “Pamela” qasırğası tropik fırtınaya çevrilir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Meksikada tüğyan edən “Pamela” qasırğası tropik fırtınaya çevrilib.

Bu barədə ölkənin meteoroloji xidməti məlumat yayıb.

Hazırda fırtına 10,2 m/s sürətlə şimal-şərqə doğru irəliləyir. Küləyin sürəti saatda 42 m/s-ə çatır.

Ölkənin bəzi bölgələrində güclü yağış daşqınlara səbəb olub. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, avqustun 21-nə keçən gecə III kateqoriyalı “Qreys” qasırğası Meksikanın şərq sahilindəki Verakruz əyalətini vurub. Təbii fəlakət 11 nəfərin ölümünə səbəb olub. Həmçinin Verakruz, İdalgo, Puebla, San-Luis, Potosi və Tlaxkala əyalətlərində təxminən 870 000 abonenti elektriksiz qoyub./report