May ayından bələdiyyə nəqliyyatı sərnişinləri bank kartları ilə sərnişin abonementlərini aktivləşdirə biləcəklər

May ayından bələdiyyə nəqliyyatı sərnişinləri bank kartları ilə sərnişin abonementlərini aktivləşdirə biləcəklər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu ilin may ayından bələdiyyə nəqliyyatı sərnişinləri bank kartları ilə sərnişin abonementlərini aktivləşdirə biləcəklər, – Tbilisi meri Kaxa Kaladze hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu xidmətin istifadəyə verilməsi nəticəsində bank kartına istənilən vadəli abbonementi daxil etmək mümkün olacağından sərnişinin ayrıca səyahət kartı daşıması lazım olmayacaq.

“Biz ictimai nəqliyyatda müddətli abonement sistemini tətbiq edəndə dərhal bildirdik ki, yaxın gələcəkdə bu abonementləri bank kartlarına əlavə etmək mümkün olacaq. Bu günə qədər 55.000-ə qədər müxtəlif kateqoriyalı abonement satılıb və bu proses davam edir, bu, çox yaxşı və xoşdur. Abonementlərin bank kartlarına əlavəsinə gəlincə, bu məsələ ilə vitse-mer İrakli Xmaladze çalışıb və bu, may ayına qədər mümkün olacaq, bu abonementlər bank kartına əlavə olunacaq və sərnişinin artıq ayrıca səyahət kartı daşımasına ehtiyac qalmayacaq. ”, – deyə Kaxa Kaladze bildirib.