Martın 28-dən Gürcüstanda açıq havada maska taxmaq artıq məcburi olmayacaq.
Bu barədə Hökumət Administrasiyasında keçirilən brifinqdə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qiorqi Ğibradze bildirib.
Eyni zamanda, onun sözlərinə görə, qapalı məkanda maska taxmaq məcburi olaraq davam edəcək.
“Martın 28-dən açıq havada maska taxmaq məcburiyyəti ləğv ediləcək və yalnız tövsiyə xarakterli qalacaq. Bu mərhələdə ictimai nəqliyyatda və qapalı yerlərdə maska taxmaq öhdəliyi qorunacaq”, – Qiorqi Ğibradze bildirib./1tv