Marneulidə qaçqın ailələr üçün kənd tipli qəsəbə tikiləcək

Marneulidə qaçqın ailələr üçün kənd tipli qəsəbə tikiləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qaçqınlar, ekomiqrantlar və yaşayış mənbələri ilə təmin etmə Agentliyinin məlumatına görə, Marneulidə qaçqın ailələr üçün kənd tipli qəsəbə tikiləcək.

İdarənin məlumatına görə, müasir standartlara müvafiq olan 31 ev uçmaq üzrə olan evlərdə illərcə yaşayan ailələrə veriləcək.

“İnnovasiya layihəsinin həyata keçirilməsi Almaniya və Gürcüstan Hökumətləri arasında uğurlu əməkdaşlıq nəticəsində ayrılan 10 milyon avroluq qrant çərçivəsində mümkün oldu. Əhəmiyyətlidir ki, yeni kəndin ərazisində uşaq bağçasının tikintisinə də başlanır.

Layihə, əlavə olaraq, qaçqın ailələrinin torpaq sahələrində 200-dən artıq evin tikilməsini, qaçqınlar qəsəbəsində 24 kiçik infrastruktur layihələrinin həyata keçirilməsini, səkkiz yeni uşaq bağçasının tikintisini və iki uşaq bağçasının rabilitasiyasını nəzərdə tutur. Bütün ölkə miqyası ilə işlərin böyük hissəsi başa çatıbdır”, – Qaçqınlar Agentliyində bəyan edirlər./1tv.ge