Marneulidə "Məbəs" bayramı münasibətilə tədbir keçirildi (Foto)

Marneulidə “Məbəs” bayramı münasibətilə tədbir keçirildi (Foto)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
“Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti”, “İmam Əli (ə) məscidi” və “İmam Hüseyn (ə) məscidi”nin birgə təşkilatçılığı ilə “Məbəs” (Peyğəmbərimizin (s) peyğəmbərliyə çatdığı gün) bayramı münasibəti ilə Marneuli şəhərində yerləşən “GÜL BAHAR” şadlıq sarayında tədbir təşkil olundu.

Ahlibeyt.ge xəbər verir ki, tədbiri açıq elan edən Hacı Hacıyev gələn qonaqları salamladı və Qurani-Kərimdən bir neçə ayə tilavət etmək üçün Rza Cəfəriyi dəvət etdi.

Sonra Al-Mustafa (s) Universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Həsən Yusifzadə çıxış edərək bayram münasibəti ilə təbrik etdi və “Məbəs” bayramının fəzilətinə toxundu.

Sonra isə tədbirin əsas qonağı olan Ayətullah Sistaninin Birosuna Bağlı Türkiyə “Alulbeyt” təşkilatının nümayəndəsi, ilahiyyatçı, araşdırmaçı və yazar, dəyərli ustad Mehdi Aksu öz çıxışında Peyğəbərə (s) Allah tərəfindən verilən peyğəmbərlik məsuliyyətindən, və O həzrətin Aləmlərə rəhmət olaraq gəldiyindən və insanlarla gözəl rəftarından danışdı.

Şiriniyyat süfrəsi ətrafında baş tutan tədbirdə Əhli-beyt (ə) məddahı Said Həsən Peyğəmbərin (s) şəninə gözəl surudlar səsləndirdi./ahlibeyt.ge