MARNEULİDƏ HZ. İMAM MEHDİNİN (Ə) MÖVLUDU MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

MARNEULİDƏ HZ. İMAM MEHDİNİN (Ə) MÖVLUDU MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Oxuinfo.com xəbər verir ki, bu gün Marneulinin Candar kənd məscidində Allahın son höccəti Həzrət İmam Zamanın (ə) təvəllüdü ilə bağlı bayram tədbiri keçirilib. Tədbirdə yerli din xadimləri və ətraf rayon və kəndlərdən dəvət olunan müsəlmanlar iştirak edib.
Kərbəlayi Ramil Qəhrəmanovun aparıcılığı ilə keçirilən tədbir Quran qiraətçisi Rza Cəfərinin Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə başlayıb.
Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Marneulini Baş axundu Hacı Əziz Nəbiyev, Məscidin idarə heyətinin üzvü Həkim Novruz Murtuzov və başqaları çıxış ediblər. Çıxış edənlər zamanın İmamı və bəşəriyyətin son xilaskarı Hz. İmam Mehdinin (ə.c) qeybdə olmasının mahiyyəti, faydaları və fəzilətləri, habelə, imamın həqiqi yolunu gözləyənlərin vəzifələri haqda danışıblar.
Bayram süfrəsi ətrafında keçirilən tədbir əhlibeyt məddahı Səid Həsənin oxuduğu şeir və ilahilərlə davam edib.
Nəhayət Gürcüstan Müsəlmanları İdarəsi, Əhlibeyt cəmiyyəti və məscid möminlərinin birgə təşkil etdiyi tədbir dua oxunmaqla sona çatıb.