Maqnetik tələ tutulmayan ultrasoyuq plazmanı tutur

Maqnetik tələ tutulmayan ultrasoyuq plazmanı tutur

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Çətinlik baxımından bir plazmanı tələyə salmaq, bir buludu tutub onu yerə bağlamaq və ya bir ay şüasını əlində tutmaq kimidir. Ancaq fiziklər laboratoriyada ultrasoyuq plazmanı maqnitlə doldurmaq üçün yeni bir yol icad etdilər.
Oxuinfo.com  sciencenews.org portalına istinadən xəbər verir ki, bu barədə Tədqiqatçılar 26 Fevral Physical Review Letters-də (Dünyanın ən nüfuzlu fizika jurnallarından biri) hissəciklərin yavaş hərəkət etdiyi soyuq plazmaları tutmaq üçün maqnetizmdən istifadə etməsi və fiziklərin plazma davranışlarını dərindən öyrənməsinə imkan verəcəyi bildirilir.
Houston’daki Rice Universitetindən fizik Thomas Killian deyir ki, soyuq bir plazmanı dayandırmaq üçün “çoxlu cəhd lazımdır”.O və həmkarları əvvəlcə bir metal stronsium parçası qaynadıb bu buxarı borudan aşağı göndərdilər. Burada lazer şüasından gələn işıq atomları yaxın bir dayanma nöqtəsinə qədər ləngitdi – təsirli şəkildə onları mütləq sıfırdan (–273 ° Selsi) yuxarı dərəcənin yalnız üçdə birinə qədər soyutdu. Tədqiqatçılar ikinci bir lazerdən istifadə edərək hər atomdan bir elektron çıxardaraq mənfi yüklü elektronlardan və müsbət stronsium ionlarından plazma yaratdılar.
Bu ionlaşmış qazı adi bir qabın içərisinə yığmaq mümkün deyildi. “Bu plazmanı tamamilə təcrid etməliyik” – Killian. “Divara dəyirsə, [hissəciklər] divara yapışar … ya da divar onu isidər”, çünki otaq temperaturundakı avadanlıqlar da plazmadan daha isti olur. Açıq havada qalan plazma on mikrosaniyədə dağılacaq. Beləliklə, Killian qrupu bir-birinə zidd olan maqnit sahələrini meydana gətirən iki elektrik cərəyanı arasındakı plazmanı yaratdı. Yüklənmiş hissəciklər üzərindəki bu bərabər və əks maqnit qüvvələr plazmanı 500 mikrosaniyəyə qədər bir yerdə saxladı.

A magnetic trap captures elusive ultracold plasma

İngilis dilindən oxuinfo üçün tərcümə: Ramiz Mustafayev