Malayziyadakı daşqın qurbanları məscidlərdə yerləşdirilib

Malayziyadakı daşqın qurbanları məscidlərdə yerləşdirilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Kuala Lumpur və Putracaya məscidləri leysan yağışları və daşqınlar nəticəsində evlərini tərk edən yüzlərlə insana sığınacaq vermək üçün qapılarını açıb.

Daşqın qurbanlarının məscidlərdə yerləşdirmək qərarı bazar günü (dekabrın 19-da) ölkənin dini işlər naziri İdris Əhməd tərəfindən açıqlanıb.

Məscidlər hazırdır və lazımi köməklik göstəriləcək. Məscidlər qida yardımını da iki elektron proqramı vasitəsilə idarə edir.

Malayziyada leysan yağışları nəticəsində yaranan daşqınlar 15 mindən çox insanı didərgin salıb, onlarla yolu bağlayıb və gəmilərin hərəkətini dayandırıb.

Daşqın qurbanlarının xilas edilməsi və sığınacaqlara daşınmasına kömək etmək üçün ölkə üzrə 66 mindən çox polis, ordu və yanğınsöndürmə briqadası səfərbər edilib.

Məscidlərin köməklərindən əlavə, Federal İslam Dini Şurası da, daşqınlardan zərər çəkənlərə yardım edib./iqna