Məşhur avropalı yazıçı İsraili boykot etdi

Məşhur avropalı yazıçı İsraili boykot etdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Məşhur irlandiyalı yazıçı Salli Runi İsrailə bağlı nəşriyyat evinin onun ən son romanını yəhudi dilinə tərcümə etmək təklifinə rədd cavabı verib.

Onun “Gözəl dünya, haradasan sən?” adlı kitabı sentyabr ayında işıq üzü görüb və bir anda ən çox satılan kitablardan birinə çevrilib.

Lakin müəllif “Modan” nəşriyyatının adıçəkilən kitabı yəhudi dilinə tərcümə etməsinə razılıq verməyib.

Yazıçının rəsmisi Treysi Bohanın sözlərinə görə, Salli Runi bu addımını İsrailin mədəni boykotu məqsədi ilə atıb.