Məşhur Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibə elan edib

Məşhur Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibə elan edib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Məşhur Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibə elan edib. Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən yaradılmış Kompüter İnsidentləri üzrə Milli Koordinasiya Mərkəzi bu təhlükə səviyyəsini kritik adlandırıb. Verilmiş məlumatlara əsasən daimi olaraq Müdafiə Nazirliyinin resurslarında və Russia Today (RT) saytının bəzi rus dilli bölmələrində problemlər yaranır. Bundan əlavə olaraq Rusiyanın dövlət, Kreml və parlament saytlarında da problemlər müşahidə olunur.

Məşhur Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibə elan edib

  Kompüter İnsidentləri üzrə Milli Koordinasiya Mərkəzi Rusiyanın informasiya resurslarına və o cümlədən kritik informasiya infrastrukturuna olan kiberhücumların intensivlikləri barəsində xəbərdarlıq edib. Qeyd etmək lazımdır ki, Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibəni öz Twitter hesabında elan edib. Bu elandan sonra Rusiyanın vacib qərəmsal resurslarına irimiqyaslı DDoS hücumların reallaşdırılmasına start verilib. Buna görə də Rusiyanın bəzi dövlət saytlarında mütəmadi problemlər müşahidə edilir. Anonymous bildirib ki, bütün bunlar Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbilə edilir və hacker qruplaşması ukraynalı vətəndaşların qorunmaları üçün belə bir addım atıb./technote