Məscidül-həramda dezinfeksiya robotunun işə salınması

Məscidül-həramda dezinfeksiya robotunun işə salınması

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Məscidül-Həramın ağıllı dezinfeksiya robotu 68 litr su tutumuna malikdir. Bu ağıllı robot 4 saat işləyir. Hər saatda Məscidül-həramın 2000 kvadratmetrdən çox ərazisini dezinfeksiya edir.

Bu robot insan müdaxiləsi olmadan Məscidül-həramın səthini yaxşıca yuyur. Bunun üçün müxtəlif kameralar və sensorlardan istifadə edir. O, həmçinin insanlarla və ya yerdəki maneələrlə toqquşmamaq üçün kiçik və böyük obyektləri aşkar etmək qabiliyyətinə malikdir.

Bu ağıllı robotun çəkisi 300 kq-dır. Onuun 68,14 litr təmiz su tutumu olan çəni var. O, saatda təxminən 2045 kvadratmetr ərazini dezinfeksiya edir. Bu robotun sürəti saatda 5 kilometrə çata bilir.

Bu robot, qoşulduğu telefon nömrəsinə SMS və şəkillər göndərmək imkanına malikdir. O, yavaş və əlavə səs-küy olmadan işləyir./iqna