Məscidul-Həram və Məscidun-Nəbi tam azad ibadətə açılır

Məscidul-Həram və Məscidun-Nəbi tam azad ibadətə açılır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Səudiyyə rejimi Məkkədəki Məscidul-Həram və Mədinədəki Məscidun-Nəbinin oktyabrın 17-dən etibarən tam gücü ilə ibadət üçün açılmasına icazə veriləcəyini açıqlayıb.

Səudiyyə rejimi koronavirus (Kovid-19) tədbirlərini yumşaldılması istiqamətində işləri davam etdirir. Bu işlər çərçivəsində Məkkədəki Məscidul-Həram və Mədinədəki Məscidun-Nəbinin tam gücü ilə ibadət üçün açılmasına icazə veriləcəyi açıqlanıb.

Səudiyyə rejiminin KİV-lərinin Daxili İşlər Nazirliyinin məmuruna əsaslanaraq yaydığı xəbərdə, gələn bazar günündən etibarən 2 doza peyvənd vuranlar üçün tədbirlərin yüngülləşdiriləcəyi, açıq yerlərdə maska tələbi və məsafə qaydasının qaldırılacağı bildirilib.

İctimai yerlərdə, ictimai nəqliyyatda, restoranlarda, kinoteatrlarda və digər oxşar yerlərdə tutum məhdudiyyətinin yığışdırılmasında da qərar verildiyi bildirilib. Şadlıq saraylarında və oxşar yerlərdə tədbirlərin sayı məhdudlaşdırılmadan keçirilə biləcəyi və bu cür tədbirlərdə iştirak etmək üçün 2 doza peyvənd tələb olunacağı qeyd edilib. Qaydaların epidemiyanın inkişafından asılı olaraq dəyişə biləcəyi də bildirilib. /iqna