Məkkə və Mədinədə xaricilərə daşınmaz əmlak almağa icazə verilib

Məkkə və Mədinədə xaricilərə daşınmaz əmlak almağa icazə verilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Səudiyyə Ərəbistanının Kapital Bazar Təşkilatının yaydığı açıqlamada xaricilərə Məkkə və Mədinədə daşınmaz əmlak fondlarına sərmayə qoymaq üçün lisenziya verilib.

Bu qanuna müvafiq olaraq, bu ölkədəki xaricilər, investisiya fondlarında olan kapitallarının bir hissəsini və ya hamısını bu iki şəhərin daşınmaz əmlak fonduna yönəldə bilərlər.

Bundan sonra xaricilər, bu iki şəhərdə daşınmaz əmlak ala bilərlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft istehsalçısı kimi xarici investisiyaları cəlb etməklə neftdən iqtisadi asılılığını azaltmaq istəyir./iqna