Məhəmməd Peyğəmbərin (s) karikaturasını çəkən şəxs yanaraq öldü

Məhəmməd Peyğəmbərin (s) karikaturasını çəkən şəxs yanaraq öldü

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İslama düşmənçiliyi ilə tanınan və Məhəmməd (s) peyğəmbərin karikaturalarını çəkməklə bütün müsəlmanların, eləcə də dünyanın sağlam düşüncəli insanlarının qəzəbinə səbəb olan isveçli rəssam Lars Vilks avtomobil qəzası nəticəsində həlak olub.

Vilks və onu müşayiət edən iki polis nəfərinin olduğu avtomobil bazar günü İsveçin cənubundakı Krunoberq əyalətinin Markarid kəndi yaxınlığında yük maşını ilə toqquşub. Qəza nəticəsində hər iki avtomobil alışaraq yanıb. 75 yaşlı Vilkslə yanaşı onun mühafizəçiləri də hadisə yerində kül olublar, yük avtomobilinin sürücüsü isə ciddi xəsarət alıb.

Xatırladaq ki, Vilks Məhəmməd (s) peyğəmbərin karikaturası ilə 2007-ci ildə gündəmə gəlmişdi və özü barədə mənfi mənada söz etdirməyi bacarmışdı. O zamandan İsveç hökumətinin qərarı ilə Vilks polis mühafizəsi altında yaşayırdı./iqna