Londonda küçələrə çıxmış minlərlə insan “İsrail terrorçudur!” şüarı səsləndirdi

Londonda küçələrə çıxmış minlərlə insan “İsrail terrorçudur!” şüarı səsləndirdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Britaniyanın paytaxtında, məzlum Fələstin xalqına dəstək və sionist rejimə qarşı çoxminlik mitinq keçirilib.

Mayın 22-si günün ikinci yarısından sonra minlərlə etirazçı Viktoriya sahilindən Qayd parka doğru yürüş edib.

Toplananlar şüar lövhələri və Fələstin bayraqlarını daşımaqla, fələstinlilərə dəstək olduqlarını nümayiş etdirib.

Bir çox etirazçı özləri ilə birlikdə “Fələstinə azadlıq” şüarı yazılmış transparantlar gətirib.

Nümayiş zamanı “İsrail terrorçudur!”, “Biz hamımız fələstinliyik” şüarları səsləndirilib. Həmçinin məşhur Daun Strit (Downing Street) küçəsində “Conson, utanmırsan?” şüarı səsləndirilib.

Ayrıca İndependent (The Independent) qəzeti də Britaniyanı sionist İsrail rejiminə silah sataraq Qəzzada mülki şəxslərin öldürülməsində iştirak etməkdə günahlandırıb.

Deyerler.org