LAQODEXİDƏ MƏBƏS BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

LAQODEXİDƏ MƏBƏS BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu gün Laqodexi rayonunun Qabal kəndində Hz. Məhəmməd Peyğəmbərin (s) “Məbəs” bayramı (Peyğəmbərliyə yetişdiyi gün) münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə din, ictimaiyyət xadimləri və azərbaycanlılar yaşayan Laqodexinin 4 kəndindən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.

Tədbirin aparıcısı Laqodexinin baş axundu Kərbəlayi Kamran Abbasov Quran tilavətindən sonra qonaqları salamlayıb, təbriklərini çatdırdıqdan sonra Məbəs bayramı haqqında məlumat verib.
Sonra kürsüyə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Gürcüstan Ryhaniləri heyətinin üzvü Məşədi Vidadi Qurbanov, Şərqi Gürcüstan müftisinin Laqodexi üzrə nümayəndəsi Aqil Mamedov, kəndin imamı Rövşən Sulikov və başqaları dəvət edilib.

Çıxış edən dini rəhbər və ruhanilər Allahın rəsulu, Peyğəmbərlərin xatəmi Hz. Məhəmmədin (s) həyat tərzindən, gətirdiyi kaml dinin insanlığa verdiyi tövsiyələrdən, Peyğəmbərimizin (s) ümmətindən gözləntisi və müsəlmanlar haqda narahatçılığı barədə danışıblar.

Tədbir ruhu oxşayan şeir və ilahilərlə davam edib.
Nəhayət dua ilə yekunlaşan mərasimin sonunda Məbəs bayramı münasibəti ilə süfrə açılıb.