LAQODEXİDƏ KƏRBƏLA SƏRVƏRLƏRİNİN TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

LAQODEXİDƏ KƏRBƏLA SƏRVƏRLƏRİNİN TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

oxuinfo.com xəbər verir ki, bu gün Laqodexinin Gəncələr kənd məscidində Həzrət İmam Hüseyn (ə), Həzrət İmam Səccad (ə) və Həzrət Əbəlfəzl-Abbasın (ə) mövlud günləri münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə din xadimləri, dövlət rəsmiləri və Laqodexinin kəndlərindən dəvət olunan müsəlmanlar iştirak edib.
Axund Kərbəlayi Kamranın aparıcılığı ilə keçirilən tədbir onun Qurani-Kərimdən bir neçə ayə tilavət etməsi ilə başlayıb.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şaban ayının əvvəl günlərinə təsadüf edən mövludlar münasibəti ilə təbriklərini çatdırıb Kərbəla qəhrəmanlarının simasında Peyğəmbər əhli-beytinin şəxsiyyət və fəzilətləri haqda, həmçinin onların dinimizin yaşaması uğrunda göstərdikləri örnək fədakarlıq barədə geniş məlumat verib.
Tədbirdə iştirak edən dəyərli ruhani Hafiz Tağıyev, İcra hakimin nümayəndəsinin köməkçisi Rafiq Yusibov, Qabal kəndinin imam xətibi Rövşən Sulikov, ictimai xadim Camal Niyazov və başqaları əziz günlər münasibəti ilə təbrik edib təşkilatçı Gürcüstan Müsəlmanları İdarəsinə və əməyi keçən hər kəsə təşəkkür ediblər.
Tədbirdə İmamın həyatından bəhs edən video çarx təqdim olunub, şeir və ilahilər səsləndirilib.
Sonda ölkə və İslam dünyası üçün dualar edilib və “Fərəc” duası oxunub. Sonra tədbir iştirakçıları bayram süfrəsi ətrafında bir araya gəliblər.