Küveytdə taksiyə Quran ayəsi yazıldığına görə dayanacağa aparılıb

Küveytdə taksiyə Quran ayəsi yazıldığına görə dayanacağa aparılıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Küveytin Daxili İşlər Nazirliyi bir taksinin üzərinə Quran ayəsinin yazıldığı üçün taksinin dayanacağa aparıldığını açıqlayıb.

Bu sürücü Hud surəsinin 42-ci ayəsinin bir hissəsini “ey mənim oğlum, bizimlə birgə (gəmiyə) min və kafirlərlə olma” öz maşınının üzərinə yazmışdı.

Avtomobilin arxasındakı Quran ayəsinin şəklinin sosial mediada yayımlanmasından sonra Küveytin Təhlükəsizlik Media Ofisi məlumat yayıb ki, qanunsuz etiket yapışdırıldığı üçün avtomobil yol polisinin dayanacağına aparılıb.

Bu taksinin şəkilinin yayılması kiberməkan istifadəçiləri arasında mübahisə doğurub. Bəziləri önun yanlış iş etmədiyini bildirsələr də, bəziləri onun bu işinin doğru olmadığını bildiriblər./iqna