Küçə itləri yeni doğulmuş körpənin həyatını xilas etdi - FOTO

Küçə itləri yeni doğulmuş körpənin həyatını xilas etdi – FOTO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Hindistanda sahibsiz itlər yeni doğulmuş və küçəyə atılmış qız uşağını xilas ediblər.

Belə ki, gecə vaxtı heyvanlar yerli sakinlər köməyə gələnə qədər körpənin soyuqdan donmasına imkan verməyiblər.

Hadisə Hindistanın Çhattisqarh ştatında qeydə alınıb.

Yerli sakinlər bildirir ki, itlər yeni doğulmuş uşağı mühasirəyə alaraq bədənlərini ona sıxıb və körpənin donmasının qarşısını alıblar.

Səhər saatlarında ətrafda yaşayan sakinlər yüksək səslə ağlayan körpəni götürərək polisə xəbər veriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları körpəni həkimlərə təhvil veriblər.

Həkimlərin sözlərinə görə, körpənin həyatı üçün təhlükə yoxdur.