Kosmosda həyat mümkün ola bilərmi? NASA astronavtının ürəyi kiçildi - MARAQLI!

Kosmosda həyat mümkün ola bilərmi? NASA astronavtının ürəyi kiçildi – MARAQLI!

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-da aparılan yeni bir tədqiqata görə, NASA astronavtı Scott Kelly kosmosda təxminən bir il keçirmişdi. 340 günlük qaldığı müddətdə həftənin altı gününü idman etməsinə baxmayaraq ürəyi sıxıldı. Təəccüblüdür ki, tədqiqatçılar 2018-ci ildə 159 gündə Yaponiyadan ABŞ-a üzən Benoît Lecomte-də eyni dəyişikliyi müşahidə etdilər. Kəşflər göstərir ki, uzun müddət çəki qüvvəsinə müqavimət göstərmək ürəyin kiçilməsi və beyin hüceyrələrinin itkisi ilə nəticələndi və güclü idman bu vəziyyətin qarşısını almaq üçün kifayət deyil.

CAZİBƏ QÜVVƏSİ ÜRƏYİN FORMASININ QORUNMASINA KÖMƏK EDİR

Elm adamları, cazibə qüvvəsinin damar vasitəsilə qan vurmağa davam edərkən qəlbin həm ölçüsünü, həm də fəaliyyətini qorumağa kömək etdiyini, bu qüvvə xaric edildikdə və ya yer dəyişdirildikdə, nəticə etibarilə ürəyin kiçildiyini izah etdi.

İDMAN ÜRƏKLƏRİNİN KİÇİLMƏSİNƏ MANE OLA BİLMƏDİ

Tədqiqatçılar, hər iki nəfərin həyata keçirdəcəkləri fiziki hərəkətlərin və idmanın ürəklərində hər hansı bir sıxılma və ya zəiflik hiss etmələrinə mane olacağını ümid edirdilər. Amma bu fiziki aktivliklərdən əvvəl və sonra aparılan ürək testlərindən toplanan məlumatlar tam əksini göstərdi.

Kelly və Lecomte, təcrübələri əsnasında ürəyin sol mədəciklərində kütlə itkisi və ilk diametr azalması yaşadılar.

Sözügedən tədqiqat Circulation of American Heart Association jurnalında dərc edilmişdir.

Mənbə: www.ntv.com.tr

Türkcədən çevirən: Ramil Qəhrəmanov