Koronavirusdan ölən yaşlı qadın yandırıldı, iki həftə sonra evə qayıtdı - ŞOK HADİSƏ

Koronavirusdan ölən yaşlı qadın yandırıldı, iki həftə sonra evə qayıtdı – ŞOK HADİSƏ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Hindistandakı xəstəxanada COVID-19 müalicəsi alan 70 yaşlı Muktyala Girijammanın ailəsinə həkimlər öldüyünü söyləyib. Dəfndən sonra ailə qadını yandırıb. Muktyalanın itkisindən çox kədərlənən ailə iki həftə sonra onun evə qayıtmasından şoka düşüb.

Hadisə ölkənin Jaggaiyapet şəhərində baş verib.

Xəstəxana rəhbərliyi Muktyalanın şəxsiyyətini başqa bir qadının şəxsiyyəti ilə qarışdırıb.

Virusa yoluxduğu üçün xəstəxanada müalicə alan Muktyalanın əri vəziyyətini öyrənmək üçün xəstəxanaya gedib. Ancaq otağında onu tapmadıqda səlahiyyətlilərdən soruşub. Səlahiyyətli şəxslər ona arvadının başqa bir otağa aparıldığını söyləyiblər. Ancaq əri bütün otaqları yoxlasa da, Muktyalanı tapa bilməyib.

Xəstəxanada axtarış aparıldıqdan sonra rəhbərlik ailəyə Muktyalanın öldüyünü və cansız bədənini morqda tapdıqlarını söyləyib.

İki həftə sonra öldüyü düşünülən Muktyala evə qayıtdıqda, ailə şoka düşüb.

Muktyala açıqlamasında ailəsindən heç kimin onu ziyarətə gəlməməsinə görə üzüldüyünü bildirib. O, ailəsinin onun üçün yas tutuduğundan xəbərsiz olduğunu deyib.

publika.az